May ayında Rusiyaya 118,8 mln dollarlıq mal ixrac edilib

14:40 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Cari ilin may ayının qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, 2023-cü ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 98,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 180 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunur ki, cari ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (118,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (59,2 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,6 milyon ABŞ dolları) üçüncü  olub.