10:37 - 22.06.2023
22 iyun, Fineko/abc.az. Satınalmalarda saxtakarlıq halları aşkarlanarsa, təchizatçılar satınalmadan kənarlaşdırılacaq.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Satınalma komissiyası satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müəyyənləşdirdikdə, həmin təchizatçını bu Qanuna uyğun olaraq satınalmadan kənarlaşdırır və bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir.
Satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müqavilə bağlandıqdan sonra müəyyənləşdirdikdə satınalan təşkilat bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndəriləcək.
Eyni zamanda layihəyə əsasən, etibarsız təchizatçılar müəyyənləşdiriləcək.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026