14:29 - 29.06.2018
29 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracının keçiriləcəyini bildirib.
AMB-in məlumatına görə, hərrac 2 iyul 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsilə 8,01% – 9,99% dərəcə üzrə 350 milyon manat həcmində vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.
AMB 13 iyun 2016-cı il tarixindən depozit hərracları keçirir.