“Disney+” 659 milyon dollar zərər edib - Hesabat

15:03 - 12.05.2023


12 may, Fineko/abc.az. “Disney+” 2023-cü ilin birinci rübü üçün rəsmi maliyyə hesabını açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətdən sözügedən dövrdə işlərin yaxşı getmədiyi məlum olub.

Çünki “Disney+”da ciddi abunə itkisi var.

Bundan əlavə, bir neçə il əvvəl yayıma başlayan “Disney+” ardıcıl ikinci abunəçi itkisini bildirib.

“Disney+” abunəçilərinin itirilməsi gəlirlərə də təsir edib. Platforma keçən rübdə 5,5 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Ancaq bu gəlirə baxmayaraq, 659 milyon dollar zərər edilib.