Mərkəzi Bank sığorta sektoru ilə bağlı yeni strategiya hazırlayır

17:16 - 3.05.2023


3 may, Fineko/abc.az. Mərkəzi Bank sığorta sektorunun korporativ idarə olunması üzrə yeni strategiya hazırlayır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu strategiya sığorta sektorunun idarə olunması və inkişafının yeni modelini nəzərdə tutur.