Dövlətə külli miqdarda vergi borcu yaranan şirkət - Detallar

11:46 - 25.04.2023


25 aprel, Fineko/abc.az. “Asena” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir. 

Məlumata əsasən, “Asena” MMC-nin vergi borcu 731 119.33 manatdır. Bu vergi borcu 24.04.2023-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, 2003-cü ildə Asena şirkəti Sevda Nəcəfova tərəfindən qurulub. Şirkətin əsas fəaliyyət beynəlxalq parfümeriya və kosmetika markalarının məhsullarının paylanması idi. 2008-ci ildən bəri şirkət iş istiqamətini dəyişdirdi və təmizlik və iaşə avadanlıqlarının paylanması üzrə bir layihə həyata keçirməyə başladı.