17:26 - 15.03.2023
15 mart, Fineko/abc.az. Azərbaycan “Brand Finance” konsaltinq şirkəti tərəfindən hər il hazırlanan “Qlobal Yumşaq Güc İndeksi”ndə (Global Soft Power Index) 20 pillə irəliləyib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bununla da Azərbaycan ötən ilki indekslə müqayisədə 77-ci yerdən 57-ci yerə çıxıb.
Bu göstərici üzrə Azərbaycan Gürcüstan, Özbəkistan, Banqladeş və BƏƏ ilə birgə 2022-ci illə müqayisədə indeksdə ən çox irəliləyişə nail olmuş ilk 5 ölkə arasındadır.
Bu ilki indeksdə ilk 10 yerdə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Çin, Fransa, Kanada, İsveçrə, İtaliya və Birləşmiş Ərəb Əmirliyi qərarlaşıb. Region ölkələrindən Rusiya 13-cü, Türkiyə 23-cü, Ukrayna 37-ci, Gürcüstan 49-cu, İran 77-ci, Qazaxıstan 79-cu, Türkmənistan 88-ci yerdədir. Dünyanın 121 ölkəsini ehtiva edən indeksdə Ermənistan yer almır.
İlk dəfə 2021-ci ildə Qlobal Yumşaq Güc İndeksinə daxil olmuş Azərbaycan həmin il 72-ci, 2022-ci ildə isə 77-ci yerdə qərarlaşıb.
14 Avqust 2026
14 Avqust 2026