Dövlət qurumlarına ofis icarə verən sahibkar 2 milyon manatdan çox qazanc əldə edib

16:47 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Azərbaycanda dövlət qurumlarına ofis sahələrinin icarəyə verilməsindən ən çox gəlir əldə edən sahibkar məlum olub.

ABC.AZ-ın son 4 ilin (2020-2021-2022-2023) dövlət satınalmaları üzrə araşdırması göstərib ki, bu dövrdə dövlət qurumlarına ofislərin icarəyə verilməsindən ən çox gəlir götürən sahibkar fiziki şəxs olan Həsənova Qaze Həsən qızıdır (VÖEN 1600110362).

O Dövlət Sosial Müdafiə Fonduna ofis sahəsinin icarəyə verilməsi üzrə bağlanan 4 müqavilə üzrə ümumilikdə 2 milyon 837 min manat gəlir əldə edib.

Ən böyük müqavilə 963 min manat, ən kiçik müqavilə isə 417 min manat olub.

Təkcə 2023-cü ildə DSMF bu sahibkarla 1 milyon 287 min manat məbləğində icarə müqavləsi bağlayıb.