11:59 - 25.01.2023
25 yanvar, Fineko/abc.az. Ukraynada spirtli içkilər və siqaretin nağd alışı qadağan edilə bilər.
ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Rostislav Şurma açıqlayıb.
Onun sözlərinə görə, idarəetmədə iki əsas dəyişiklik nəzərdə tutulub:
"Birincisi elektron aksizdir. Yəni QR kodu tətbiq etməklə məhsulun harda hazırlandığını sistemdə izləməyə imkan yaranacaq. İkincisi, aksizli mallar üzrə bütün ödənişlərin nağdsız formata, yəni kartla ödənişə keçirilməsi təklif olunur", - deyə Şurma bildirib.
26 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026