Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük hadisə ola bilər - Deputat

16:11 - 24.01.2023


24 yanvar, Fineko/abc.az. Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün məcəllənin qəbul olunması önəmlidir:

“Süni sürətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır: Əvvəl illik inflyasiya 4% proqnozlaşdırılmışdı, 14,6% oldu. Xalq istehlak malları hətta 20%-dən 92%-ə qədər artıb”.