11:13 - 13.06.2018
13 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,2 dollar (0,26%) düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,18 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin iyul ayının fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (66,10 dollar) qarşı 0,26 dollar (0,39%) yüksəlib və 66,36 dollar/barelə təşkil edir.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (76,46 dollar) qarşı 0,58 dollar (0,76%) enib və 75,88 dollar / barelə təşkil edir.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 9,52 dollar / barelə təşkil edir.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026