09:20 - 30.12.2022
30 dekabr, Fineko/abc.az. Ötən sessiyanın yekunlarına görə, etalon markalarının neft qiymətləri Cümə günü hərracda yüksəlir.
London ICE Futures birjasında Brent markalı neft mart fyuçerslərinin dəyəri saat 09:15-də $0,35 (0,42%) artaraq bir barelə $83,81-a çatdı. Dekabrın 29-da Brent markalı neftin mart fyuçersləri $0,53 (0,63%) azalaraq bir barelə $83,46-a enib.
Saat 09:15-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin fevral fyuçerslərinin qiyməti $0,33 (0,42%) artaraq bir barelə $78,73-a yüksəldi. Dekabrın 29-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $0,56 (0,71%) azalaraq bir barelə $78,40-a düşüb.
25 Avqust 2026