14:55 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "Ziraat Bank Azərbaycan" ASC-nin AZ2001019606 İSİN kodlu istiqrazlarının yerləşdirilməsi baş tutub. İstiqrazlar tələblərə cavab verdiyi üçün BFB-nin Standart Bazar Listinq seqmentinə alınıb.
Ticarətin nəticələri və göstəriciləri aşağıdakı kimidir:
Emitent: "Ziraat Bank Azərbaycan" ASC
Emissiyanın həcmi / Reallaşdırılmış həcm: 15 000 000 manat (150 000 ədəd)
Sifarişlərin ümumi həcmi: 60 656 500 manat
İllik gəlirlilik: 10,5%
Tədavül müddəti: 12 ay
Faiz ödəniş dövrü: Hər 3 aydan bir
Nominal qiymət: 100 manat
Sifarişi icra edilən investor sayı: 125
Anderrayter: "PAŞA Kapital İ.Ş." QSC
Abunə yazılışı 10-21 avqust tarixlərində keçirilib. Sifarişlərin ümumi həcmi təklifi 4 dəfədən çox üstələyib.
25 Avqust 2026