Regionlar üzrə əmanətlərin cəlb olunması göstəriciləri açıqlanıb — AMB

14:35 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) statistik məlumatlarına görə, 1 avqust 2026-cı il tarixinə Bakı şəhəri istisna olmaqla, ölkənin iqtisadi rayonları üzrə əmanətlərin cəlb olunması payı bəlli olub.

Regionlar arasında əmanətlərin cəlb edilməsi üzrə ən böyük pay Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb — 32%. İkinci sırada isə 13% göstərici ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.

Regionlar üzrə göstəricilər aşağıdakı kimidir:

  • Abşeron-Xızı iqtisadi rayonu: 32%

  • Gəncə-Daşkəsən iqtisadi rayonu: 13%

  • Quba-Xaçmaz iqtisadi rayonu: 8%

  • Qazax-Tovuz iqtisadi rayonu: 7%

  • Lənkəran-Astara iqtisadi rayonu: 7%

  • Mərkəzi Aran iqtisadi rayonu: 7%

  • Şəki-Zaqatala iqtisadi rayonu: 7%

  • Qarabağ iqtisadi rayonu: 5%

  • Naxçıvan iqtisadi rayonu: 4%

  • Şirvan-Salyan iqtisadi rayonu: 4%

  • Dağlıq Şirvan iqtisadi rayonu: 3%

  • Mil-Muğan iqtisadi rayonu: 2%

  • Şərqi Zəngəzur iqtisadi rayonu: 0%