14:50 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) 1 avqust 2026-cı il tarixinə olan statistik məlumatlarına əsasən, ölkə üzrə kredit portfelində ən böyük pay ev təsərrüfatlarının və ticarət-xidmət sektorunun payına düşür.
Ümumi kredit portfelinin 59,6%-i ev təsərrüfatlarına verilib. İqtisadiyyatın sahələri arasında isə ən böyük paya ticarət və xidmət sektoru (13,1%) sahibdir.
Sahələr üzrə kredit portfelinin tam bölgüsü aşağıdakı kimidir:
Ev təsərrüfatlarına: 59,6%
Ticarət və xidmət sektoru: 13,1%
Sənaye və istehsal sektoru: 7,5%
Nəqliyyat və rabitə sektoru: 7,4%
İnşaat və tikinti sektoru: 4,8%
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru: 1,6%
Mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoru: 1,5%
Digər: 4,5%
25 Avqust 2026