10:04 - 9.12.2022
9 dekabr, Fineko/abc.az Türkiyə bu il əcnəbi turistlərin qəbulu proqnozuna yenidən baxıb - 50 milyondan 51,5 milyon nəfərə artırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy parlamentdə çıxışı zamanı bildirib.
"Biz 2022-ci ilin sonu üçün hədəflərimizi yuxarıya doğru nəzərdən keçirdik - bu, 51,5 milyon turist və 46 milyard dollar turizm gəliridir",- nazir deyib.
Ersoyun sözlərinə görə, gələn il Türkiyə xaricdən 60 milyon turist qəbul və 56 milyard dollar gəlir əldə etməyi gözləyir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026