Bizdə heç bir şübhə yoxdur ki, terror aktları Ermənistan tərəfindən təşkil edilib - Prezident

16:55 - 14.10.2022


14 oktyabr, Fineko/abc.az. Ermənistan tərəfindən, həmçinin Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və terrora məruz qala biləcək diplomatik missiyamızın olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.

“Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub”, - deyə dövlət başçısı diqqətə çatdırıb.