10:27 - 10.10.2022
10 oktyabr, Fineko/abc.az. İrandan Rusiya bazarına malların çatdırılmasının həcmi mart ayından indiyədək 70% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, son altı ayda İran mallarının Rusiyaya ixracının 70% artması iki dövlət arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından yeni mərhələnin başlanmasından xəbər verir.
"Son aylarda baş verən hadisələr və Rusiyanın Avropa ölkələri ilə iqtisadi əlaqələrində baş verən dəyişikliklər İran-Rusiya əməkdaşlığı üçün yeni imkanlar açır”, - deyə İran hökumətindən bildirilib.
Rəsmilər əlavə edib ki, iki ölkənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq, eləcə də ticarətlə bağlı bir sıra sazişlər ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər.
Müəllif: Elmir Murad