17:04 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Son günlər Bakıdakı ticarət mərkəzləri və ət kəsimi obyektlərində mal ətinin yenidən bahalaşdığı müşahidə olunur.
ABC.AZ index-ə istinadən xəbər verir ki, ət satışı həyata keçirən ticarət obyektlərində qiymətlərdəki artımın 1 manat təşkil etdiyi nəzərə çarpır.
Hazırda şəhərin mərkəzindən nisbətən kənardakı ət kəsimi obyektlərində mal əti minimum 14 manata satılır.
Şəhərin mərkəzindəki obyetlərdə və supermarketlərdə isə qiymət 15-16-17 manata çatır.