14:22 - 21.09.2022
21 sentyabr, Fineko/abc.az. Yaxın vaxtlarda Bakıda dünyanın məşhur otel brendlərindən biri fəaliyyətə başlayacaq.
ABC.AZ xəbər verir ki, noyabr ayında "The Ritz-Carlton" otelinin açılışı olacaq.
Yeni otel Bakıda "Marriott International, Inc." otel qrupunun idarə etdiyi növbəti mehmanxana olacaq.
"Lüks" kateqoriyasına aid olan yeni "The Ritz-Carlton Baku" otelində 190 geniş otaq və suit, lüks mənzillər, şəhərin ən böyük prezident otağı və məşhur Ritz-Carlton servisləri olacaq.
"Geniş prezident otağı evdəki rahatlığı The Ritz-Carlton-un dəbdəbəli və əfsanəvi xidməti ilə birləşdirir"-deyə otel barədə bildirilir.
Bildirilir ki, yeni otel həm tarixi "Şərq bazarı"na, həm də Heydər Əliyev Mərkəzinə yaxınlığı ilə seçilir.