Bahalaşma hələ qarşıdadır - Ekspert həyəcan təbili çalır

14:48 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Dünyada gedən bahalaşma prosesi Azərbaycandan da yan keçməyib. Belə ki, son 3 aydır qiymət artımı demək olar ki, hər həftə, bəzən isə hər gün hiss edilir.

ABC.AZ xəbər verir ki, artıq ekspertlər də sözügedən məsələ ilə bağlı həyəcan təbili çalır.

Qida sahəsi üzrə ekspert Elçin Bayramlı bahalaşmanın hələ bir müddət davam edəcəyini deyir.

Onun fikrincə, bu süni yox, təbii bahalaşma olacaq, çünki dünya bazarında taxılın qiyməti artıb və bahalaşmaqda davam edir.

"Dünya bazarı standartlarına baxsaq, orada da hər şeyin maya dəyərindən asılı olduğunu görəcəyik. Xammalın qalxması son istehsal məhsullarında da özünü göstərir. Yəni  bazarda yemin qiyməti bahalaşıbsa, bu əlaqəli bütün sektorlara öz təsirini göstərəcək. Yay mövsümündə ətə, südə və yumurtaya tələbat azaldığı üçün qiymət artımı nisbətən ləngidi. Lakin payızdan qışa doğru sadalanan məhsullarda qiymət artımını görə biləcəyik” deyə E. Bayramlı qeyd edib.