Stars Coffee xaricdə şöbələrini açacaq

10:39 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Rusiyada Starbucks-ı əvəz edən yeni qəhvəxanalar şəbəkəsi Stars Coffee xaricdə şöbələrini açmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, belə ölkələr arasında Ermənistan, İran, İraq, Küveyt, Fələstin, Oman, Tacikistan, Qırğızıstan və Özbəkistan və bir sıra digər ölkələr var.

Amerika qəhvəxanaları şəbəkəsi Starbucks-ön aktivləri reper Timur Yunusov (Timati), iş adamı Anton Pinski və Sindika şirkəti tərəfindən ortaq şəkildə alınıb. Martın 8-də Starbucks Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya Federasiyası ərazisində bütün biznes fəaliyyətini, o cümlədən məhsulların tədarükünü müvəqqəti dayandırdığını elan edib.