11:14 - 7.09.2022
7 sentyabr, Fineko/abc.az. Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.
ABC.AZ-ın məlumatına görə, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.
Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.
Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.
Qiymətin artmasını istehsalçı şirkətlər də təkzib etmir və bunun səbəbini belə izah edirlər: "Pandemiyadan sonra xammalın qiyməti artıb. Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir". Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026