13:04 - 31.05.2018
31 may, Fineko/abc.az. Mayın 1-nə olan vəziyyətə görə, Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 258 milyon ton mənfəətli neft satıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, mənfəətli neft, AÇG-dən hasil edilən bütün neftin dünya bazarında satılan 60%-ni təşkil edir.
“Azərbaycan artıq 19 ildir ki, mənfəətli neft əldə edir. İşləmənin əvvəlindən (1997-ci il) bu ilin 1 may tarixinə qədər AÇG-dən 455 milyon ton neft və 145 milyard kubmetr qaz hasil edilib”, - deyə vitse-prezident bildirib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026