15:45 - 2.09.2022
2 sentyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun ayları ərzində ölkə ərazisinə 422 675 ədəd elektron siqaret və qəlyan gətirilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bunun da idxal dəyəri 1 milyon 457.7 min dollar təşkil edib. Hesabat dövründə idxal edilmiş 413 513 ədədi, yaxud 1 milyon 430.2 min dolları Çindəndir ki, bu da 98% ümumi idxalda payı olmasıdır.
Qeyd edək ki, 2021-ci ildə müvafiq məhsulların növü üzrə kod göstərilməyib.
Ölkə ərazisində ilin ilk yarısında 37 milyon 608.2 milyon manatlıq tütün məhsulları idxal edilib.