Ət satışı və heyvan kəsimi yerlərində nöqsan aşkarlandı

16:42 - 29.08.2022


29 avqust, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) avqustun 26-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində apardığı monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar edib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 38 məntəqədə isə kəsim qurğuları sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülüb.