14:16 - 19.08.2022
19 avqust, Fineko/abc.az. “Bakı Sığorta" ASC bu ilin I yarısını 103 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1,025 milyon manat zərərlə çıxmışdı.
ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, yanvar-iyun aylarında "Bakı Sığorta"nın gəlirləri 3,49 milyon manat (1 il əvvələ nisbətən 3,6 dəfə çox), xərcləri isə 3,362 milyon manat (68,95% çox), mənfəət vergisi ödəmələri isə 26 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.
Bu il iyulun 1-nə "Bakı Sığorta"nın aktivləri 12,73 milyon manat olub ki, bu da illik müqayisədə 1,45% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 20,5% artaraq 4,774 milyon manata çatıb, balans kapitalı isə 7,3% azalaraq 7,956 milyon manata düşüb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026