“Amazon” şirkəti “Facebook”dakı qrupların administratoruna iddia qaldırıb

11:55 - 20.07.2022


20 iyul, Fineko/abc.az. “Amazon” şirkəti “Facebook” sosial şəbəkəsində 10 mindən çox qrupun administratorlarına qarşı iddia qaldırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət onları pul və ya pulsuz məhsullar müqabilində saxta icmalların əlaqələndirilməsində ittiham edir.

“Amazon” şirkətinin nümayəndələri iyulun 19-da şirkətin veb-saytında bu barədə məlumat yerləşdiriblər. Həmin məlumatda bildirilir ki, “Facebook” qrupları ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və Yaponiyadakı mağazalar haqqında “stimullaşdırıcı və ya çaşdırıcı rəylər dərc etmək istəyən” adamları toplamaq üçün yaradılıb.