10:03 - 18.07.2022
18 iyul, Fineko/abc.az. Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu olduğu barədə yerli mətbuatda məlumat verilmişdi.
ABC.AZ xəbər verir ki, Şirkətin cari ilin fevral ayına borcu 9 666 469.63 AZN təşkil edib.
Araşdırmalar nəticəsində məlum olub ki, ötən 5 ay ərzində şirkətin vergi borcundan sadəcə, 268 692.88 AZN ödənilib. Hazırda “Kaspi Yıldız”ın dövlətə 9 397 776.75 vergi borcu mövcuddur.
Qeyd edək ki, bir müddət əvvəl şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50 faiz payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib.
Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100 faiz pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026