16:45 - 13.07.2022
13 iyul, Fineko/abc.az. “Azərsu” ASC Sabunçu rayonunun Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa edir.
ABC.AZ Cəmiyyətə istinadən xəbər verir ki, layihəyə əsasən Yeni Ramana yaşayış massivində müxtəlif diametrli borularla 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq. Yeni yaradılan şəbəkədən 500-ə yaxın ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq.
Bundan əlavə qeyd olunur ki, Dövlət investisiyası hesabına 2022-ci ildə Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinin bir hisssəində içməli su layihələri icra olunacaq.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026