15:38 - 8.04.2022
8 aprel, Fineko/abc.az. Britaniya Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun qızlarını sanksiya siyahısına əlavə edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Putinin qızları Katerina Vladimirovna Tixonova və Mariya Vladimirovna Vorontsova və Lavrovun qızı Yekaterina Sergeyevna Vinokurova üçün səyahət qadağası və aktivlərinin dondurulması qərara alınıb.
Martın 25-də Lavrovun ögey qızı Polina Kovaleva ilə bağlı eyni qərarı alan Britaniya bu sanksiyaları ABŞ-la razılaşdırıb.
Xarici İşlər Naziri Liz Truss Rusiya enerjisindən istifadənin dayandırılması planlarına da diqqət çəkib.