10:49 - 8.04.2022
8 aprel, Fineko/abc.az. Rusiyanın tur operatorları xaricdə turizm proqramlarının artırılması ilə bağlı layihə çərçivəsində turistlərə 12 ölkəni məsləhət biliblər. Sözügedən ölkələr arasında Azərbaycanın da adı var.
ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb. Qeyd edilib ki, “Fun&Sun” tur operatoru Rusiyadan Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Tailand, Qətər, Misir, Maldiv adaları, Seyşel adaları, Şri-Lanka, İndoneziya (Bali), Serbiya və Ermənistana birbaşa və ya üçüncü ölkələrlə reyslər təklif edir.
Şirkətdən bildirilib ki, aprelin 9-dan sonra Rusiyanın dünyanın 52 ölkəsinə, o cümlədən çarter reyslərinə mövcud covid məhdudiyyətlərini aradan qaldırması səbəbindən hazırki ölkələrin siyahısı genişlənə bilər.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026