11:13 - 1.04.2022
1 aprel, Fineko/abc.az. "Aprel ayında quru sərhədlərinin ya qismən, ya da tam açılması mümkün ola bilər”.
ABC.AZ xəbər verir ki, bunu sözləri Azxeber-ə açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
O, qeyd edib ki, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir: "Koronavirus pandemiyası dünyada yavaş-yavaş sona yetmək üzrədir. Azərbaycanda da bütün statistik göstəricilər yaxşıdır, epidemioloji situasiya gündən-günə yaxşılaşır. Bu səbəbdən məhdudiyyətlər də aradan qaldırılır. Mənim məlumatıma görə, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir. Yəqin ki, aprel ayında quru sərhədlərinin ya qismən, ya tam açılması mümkün ola bilər”.