Azərbaycanın qeyri-neft sektoru mallarını ən çox ixrac etdiyi ölkələr - Siyahı

17:04 - 31.03.2022


31 mart, Fineko/abc.az. 2022-ci ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (82,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

ABC.AZ-ın məlumatına görə, bu barədə "İxrac İcmalı"nda qeyd edilib. Sözügedən siyahıda Rusiya Federasiyası ikinci (48 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,6 milyon ABŞ dolları) olub.

2022-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (28,9 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16 milyon ABŞ dolları) ikinci və karbamid  (14,7 milyon ABŞ dolları) üçüncü olub.