11:12 - 31.03.2022
31 mart, Fineko/abc.az. “Bakı Sığorta” ASC 2021-ci ili 1 milyon 712 min manat xalis zərər ilə başa vurub.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, "Bakı Sığorta” şirkəti 2020-ci ili 155 min 211 manat xalis mənfəət ilə bağlamışdı.
Ötən il yaranmış zərərin əsas səbəbləri “Bakı Sığorta”nın sığorta ödənişlərinin 3,5 dəfə və sığorta ehtiyatlarına ayırmanın 3 dəfə artmasıdır.
Ötən il “Bakı Sığorta”nın cəmi əməliyyat gəlirləri 3 milyon 890 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 601 min manat təşkil edib. Müqayisə üşün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 2 milyon 627 min manat, cəmi əməliyyat xərcləri 2 milyon 433 min manat təşkil etmişdi.
5 Avqust 2026
5 Avqust 2026