12:23 - 30.03.2022
30 mart, Fineko/abc.az. Quru sərhədlərinin açılması Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olar.
ABC.AZ-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib. "Azərbaycanda koronavirus pandemiyasına dair son göstəricilər kifayət qədər aşağıdır. Hesab edirəm ki, quru sərhədlərinin açılması Azərbaycana gələn Rusiya turistlərinin sayının artmasına səbəb olar", - deyə Boçarnikov qeyd edib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda "MİR" ödəniş kartının istifadəyə verilməsi buna da töhfə verə bilər.
3 Avqust 2026
3 Avqust 2026