“Instagram”dan daha bir funksiya - Səsli şərh vermək mümkün olacaq

17:12 - 28.03.2022


28 mart, Fineko/abc.az. “Instagram”da yeni funksiya üzərində işlənildiyi bildirilib.

ABC.AZ-ın məlumatına görə, bunu tətbiq proqramlaşdırıcısı Alessandro Paluzzi deyib.

Onun sözlərinə görə, tətbiq bu yaxınlarda istifadəçilərə hekayələr (stories) bölümündə qarşılıqlı əlaqəni artırmaq üçün yeni imkanlar verəcək funksiyanı tətbiq etməyi düşünür.

Belə ki, tezliklə hekayələrə səsli şərh vermək mümkün olacaq.

Paluzzi hətta yeni interfeys funksiyasının ekran görüntüsünü də paylaşıb.

Onun iddialarına baxmayaraq, “Instagram”dan hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.