15:25 - 17.03.2022
17 mart, Fineko/abc.az. Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) ölkədə “McDonald's”a əvəz olaraq “Dyadya Vanya” (Дядя Ваня) adlı əmtəə nişanı ilə bağlı ərizə qəbul edib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat qurumun saytında yer alıb.
“Dyadya Vanya”nın loqotipi kiril qrafikası ilə qırmızı rəng fonunda sarı rəngdə yazılmış “В” hərfindən ibarətdir.
Sözügedən loqo ilk baxışdan “McDonald's” restoranlar şəbəkəsinin loqosunu xatırladır. Hazırda ərizə rəsmi olaraq nəzərdən keçirilir. Xatırladaq ki, “McDonald's” Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
17 Avqust 2026
15 Avqust 2026