Rusiyada 11-12 milyon nəfər işsiz qala bilər

11:24 - 10.03.2022


10 mart, Fineko/abc.az. İlkin hesablamalara görə, Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandaran şirkətlərdə 4,5 mln. Rusiya vətəndaşı çalışırdı. Amma həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılar da var – toplamda 11-12 mln. nəfər işsiz, deməli gəlirsiz qala bilər.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Daha bir məsələ odur ki, 5 mln.-a yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı – indi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq, bunun da təsiri olacaq. Digər tərəfdən 15 mln.-dan çox rusiyalı müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər – xaricilərin getməsi, yaxın ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq. Yəni, birbaşa və dolayısı ilə 30-35 mln. Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir”, - ekspert bildirib.