10:32 - 10.03.2022
10 mart, Fineko/abc.az. Böyük brendlərin, mağazaların, şirkətlərin Rusiyadan çıxması davam edir.
ABC.AZ xəbər verir ki, “Hilton” və “Hyatt” hotel şəbəkələri Rusiyada yeni hotel açılışlarını dayandırdıqlarını elan ediblər.
“Hilton” şəbəkəsi verdiyi açıqlamada Rusiyadakı bütün yeni fəaliyyətlərini dayandırdığını, həmçinin bu ölkədə əldə etdiyi gəliri Ukraynaya humanitar yardım üçün istifadə etmək niyyətində olduğunu bildirib.
Hotel şəbəkəsinin açıqlamasında zərər çəkmiş bütün işçilərə ödəniş olunacağı qeyd edilib.
Müəllif: Elmir Murad