Azərbaycana viza alaraq gələn turistlər burada 30 gün qala biləcək

15:24 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Azərbaycana gəlmək üçün viza alan turistlər ölkədə 30 gün müddətində qala biləcəklər.

ABC.AZ xəbər verir ki, bu Azərbaycan Prezidentinin bu gün təsdiqlədiyi “Turizm haqqında" Qanunda qeyd edilir.

Qanunda göstərilir ki, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar.

Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.