Dövlət şirkətinin 20 avtomobili satışa çıxarılır - Şərtlər

15:50 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. 15 mart 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, hərracda “Aztelekom”un 20 maşını da satışa çıxarılacaq.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64.

Sifarişlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.