14:18 - 21.01.2022
21 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ötən il Azərbaycandan xaricə gedənlərin sayının ümumilikdə azalması barədə məlumat yayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6%, Gürcüstana gedənlərin sayı 75,3% azalıb.
Ölkə vətəndaşlarının 47,3%-i Türkiyəyə, 24,3%-i Rusiyaya, 7,8%-i Gürcüstana, 6,8%-i İrana, 13,8%-i digər ölkələrə səfər edib.
Gedənlərin 66,3%-ni kişilər, 33,7%-ni qadınlar təşkil edib.
2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8%-i hava, 28%-i dəmir yolu və avtomobil, 3,2%-i isə dəniz nəqliyyatından istifadə edib.
3 Avqust 2026
3 Avqust 2026