15:36 - 11.01.2022
11 yanvar, Fineko/abc.az. "Azenko” ASC 2020-ci ili 3 milyon 721 min manat xalis zərər ilə başa vurub.
ABC.AZ-ın məlumatına görə, bu şirkətin maliyyə göstəricilərində qeyd edilib.
Bildirilib ki, şirkət 2019-cu ili 11 milyon 741 min manat xalis mənfəət ilə bağlamışdı.
"Azenko” şirkətinin əsas gəlirləri 2020-ci ildə 2019-cu illə müqayisədə 16 milyon 183 min manat və ya 40% azalaraq 24 milyon 47 min manata düşüb.
Şirkət 2019-cu ildə 40 milyon 231 min manat gəlir əldə etmişdi.
Ötən il gəlirlərin 40% azalmasına qarşılıq satışın maya dəyəri 6 milyon 11 min manat və ya 29% artaraq 26 milyon 600 min manata yüksəlib. 2019-cu ildə Azenko” şirkətinində satışın maya dəyəri 20 milyon 590 min manat təşkil etmişdi.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026