14:18 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyinin böyük tikinti şirkəti yaradılıb.
ABC.AZ-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC-dir.
Şirkət əvvəlki Vergilər Nazirliyinin (indi İN yanında Dövlət Vergi Xidməti) binası Bakı şəhəri Yasamal rayonu, Landau ev.16 ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 1 037 335.75 manat təşkil edir. Şirkət “Tikilməkdə Olan Obyektlər Müdiriyyəti” MMC-nin hüquqi varisidir.
Anar İsgəndərov Sabir oğlu şirkətin qanuni təmsilçisidir.