14:06 - 20.12.2021
20 dekabr, Fineko/abc.az. Azərbaycan-Ermənistan dövlət sərhədində, Qubadlı rayonu ərazisində yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
ABC.AZ-ın məlumatına görə, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndində, Gorus-Qafan yolu üzərində yerləşir.
Bu gün yanacaqdoldurma məntəqəsinin açılışı olub.
Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib.