10:04 - 20.12.2021
20 dekabr, Fineko/abc.az. Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək.
Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Forum 21-22 dekabr tarixlərində olacaq.
Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.