15:42 - 13.12.2021
13 dekabr, Fineko/abc.az. Azərbaycanın ümumi enerji istehsalının gücü açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, hazırda ölkəmizin ümumi enerji istehsalı gücü 7 538 MVt təşkil edir. Bu, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təqdimatında qeyd edilib.
Məlumata görə, ümumi enerji istehsalının 6 238 MVt-ı termal qurğuların, 1 151 MVt-ı elektrik stansiyalarının, 42 MVt-ı günəş panelləri, 63 MVt-ı külək enerjisi, 37 MVt-ı tullantıdan alınan enerji və 7 MVt-ı hibrid stansiyalarının payına düşür.
Qeyd olunub ki, 2023-cü ilədək bərpa olunan enerji mənbələri sayəsində Azərbaycanın ümumi enerji istehsalı gücünə əlavə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə isə 600 MVt əlavə olunacaq.