On bir ayda rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi açıqlanıb

15:14 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Statistika Komitəsi yanvar-noyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin 893,9 mln. manat təşkil etdiyini açıqlayıb.

Komitədən ABC.AZ-a verilən məlumata görə, cari ilin ilk 11 ayında ümumi olaraq informasiya və rabitə müəssisələri tərəfindən 2109,0 mln. manatlıq xidmət göstərilib.

Xidmətlərin 75,4%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 5,7% artıb.