17:30 - 3.12.2021
3 dekabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Atatürk 236 ünvanında yerləşən “AZZA” QSC-yə məxsus “AZZA CAKE HOUSE” qənnadı məmulatlarının satışı mağazasında yoxlama keçirib.
Agentlikdən ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı mağazada qənnadı məmulatlarının üzərində etiket məlumatları olmadan satışa çıxarıldığı aşkar olunub.
Aşkarlanan pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026